Natiq Cəfərli: "Bazarın özünün birbaşa manatın məzənnəsini təyin etməsi, bunu tənzimləməsi daha düzgün olardı"
Son zamanlar Azərbaycan manatının yenə də Rusiya rubluna, Türkiyə lirəsinə, ABŞ dollarına, avroya və bir sıra digər əcnəbi valyutalaar nisbətən möhkəmlənməsi müşahidə olunur. Bəzi valyutalara, xüsusən də dollara qarşı manatın həddən artıq möhkəmlənməsinin qarşısını almaq üçün isə Azərbaycan Mərkəzi Bankı prosesə müdaxilə edir, bazardan dollar alır.
Bütün bunlara rəğmən, yenə də manatin məzənəsinin möhkəmlənməsi baş verir və bunun Azərbaycan iqtisadiyyatına hansı təsirləri göstərəcəyi barədə iqtisadçı-ekspert Ruslan Atakişiyev Mövqe.az-a verdiyi açıqlamada deyib: "Qeyd edək ki, Azərbaycan manatının möhkəmliyini qoruyub saxlaması son dövrlər Azərbaycan iqtisadiyyatı ilə yanaşı, manatın yaxın qonşu ölkələrdə də mövqeyinin möhkəmlənməsinə gətirib çıxarıb. Qeyd etmək istərdim ki, Gürcüstanın Borçalı vilayətində, İranın şimal və cənubi Azərbaycan bölgələrində də Azərbaycan manatı güclü valyuta hesab olunaraq istifadə olunmaqdadır. Bu da Azərbaycan manatının həm ölkə daxilində, həm də ki, ölkədən kənarda dövriliyinin artmasına və işləkliyinin genişlənməsinə gətirib çıxarır. Və Azərbaycan manatının möhkəmliyi makroiqtisadi stabillik baxımından da əhəmiyyət daşıyır. Bu, həm də, ümumiyyətlə, Azərbaycanın bank sektorunda, kreditlərin verilməsində də stabilliyin və əmanətlərin saxlanması baxımından da çox mühüm əhəmiyyət kəsb edir".
Ekspert manatın məzənnəsinin möhkəmlənməsinin Azərbaycan iqtisadiyyatına gətirəcəyi fəsadlar haqda da danışıb: " Azərbaycan manatının möhkəmliyinin həddindən artıq çox olması, iqtisadi baxımdan bəzi fəsadlar da verə bilər. Birincisi, milli valyuta çox bahalı olduqca, xarici investorların investisiya qoyuluşuna maraqları azalır. Digər tərəfdən isə, bu, bəzi hallarda yerli istehsal olunan məhsulların alınaraq xaricə ixrac olunmasında müəyyən çətinliklər yarada bilir. Amma manatın möhkəmliyinin artması həm də ki, xarici ölkələrdən gətrilən məhsulların istehlakının artmasına gətirib çıxara bilər. Bunu da qeyd etmək istərdim k, ümumiyyətlə, dünya ölkələrinin hamsında milli valyutanın məzənnəsinin müəyyələşdirilməsi Mərkəzi Bank tərəfindən həyata keçirilir və Azərbaycanda da manata pul-kredit siyasətini Mərkəzi Bank həyata keçirir. Hətta ABŞ-da Federal Ehtiyyatlar Fondu dolların məzənnəsini müəyyənləşdirir. Dolların eniş səviyyəsi artdığı zaman ABŞ-ın Federal Ehtiyyatlar Fondu dövlət istiqrazlarının satışını həyata keçirir. Belə ki, əhalinin əlində olan nağd pulların yığılması həyata keçirilir. Amma yeni pula ehtiyac olan zaman isə, həmin o istiqrazların satışını həyata keçirir. Ümumiyyətlə, müxtəlif dünya ölkələri, məsələn, Türkiyə Mərkəzi Bankını misal göstərmək olar ki, vaxtaşırı müəyyən devalvasiya siyasəti həyata keçirir. Bu da ölkə məhsullarının ixracının artırılması üçün milli valyutanın məzənnəsini inzibati qaydada aşağı salınması ilə nəticələnir və bununla da istehsal olunan məhsulların ixracının artmasına nail olurlar. Ona görə də, Azərbaycanda da bu gün Mərkəzi Bank Azərbaycan manatının məzənnəsinin müəyyənləşdirilməsində, onun dönərliyinin möhkəmləndirilməsində mütəmadi olaraq dövlət siyasətinin həyata keçirir".
İqtisadçı-ekspert Natiq Cəfərli
isə saytımıza verdiyi açıqlama zamanı deyib: "Milli valyutanın
möhkəmlənməsi hər hansı bir ölkədə ixracatda ciddi problemlər
yaradır. Yəni ki, idxal artır, ölkəyə malların gətirilməsi daha
sərfəli olur, nəinki, ölkədən ixrac olunan mallar, ölkədən ixrac
potensialının artması. Bu nöqteyi-nəzərdən, yerli valyutanın
möhkəmlənməsi qeyri-neft sektorunda ixraca yönəlik istehsallara,
ixraca yönəlik əməliyyatlara çox pis təsir göstərəcək. Çünki,
xaricdə istehsal olunan məhsullarla rəqabətdə uduzacaqlar. Yəni,
ölkəyə idxal artacaq. Amma inzibati müdaxilələrə gəldikdə isə,
Mərkəzi Bank bu prossesi onsuz da nəzarətdə saxlayır və uzun
müddətdir ki, Azərbaycan manatının, məsələn, ABŞ dollarına olan
nisbəti demək olar ki, dəyişməz olaraq qalır. Baxmayaraq ki,
dünyada ABŞ dolları həm qalxır, həm enir, amma Azərbaycanda bu
dəyər Mərkəzi Bankın müdaxilələri ilə stabil olaraq qalır. Çünki,
Azərbaycanın əsas valyuta ehtiyatları dollarla saxlanılır. Bu,
yəqin ki, göstərilən səbəblə əlaqədardır. Və daxili bazarda
dolların oynaması ilə qiymətlərə ciddi təsir göstərir. Bunu nəzərə
alan Mərkəzi Bank məhz dolların məzənnəsini stabil saxlamağa
çalışır. Bunun həm müsbət, həm də ki, mənfi tərəflər var. Müsbət
tərəfi odur ki, inflyasiyanın qarşısı alınır. Kəskin inflyasiya və
qiymət artımının qarşısı alınır. Mənfi tərəfi isə ondan ibarətdir
ki, ölkənin valyuta rezervləri dolların kursunun stabil şəkildə
saxlanması üçün istifadə olunur. Amma manatın məzənnəsinin bu
səviyyədə saxlanmasında həmişə bu metoddan istifadə edilməsi
gələcəkdə çətinliklər yaradacaq. Yəni, bazarın özünün birbaşa
manatın məzənnəsini təyin etməsi, bunu tənzimləməsi daha düzgün
olardı. Düşünürəm ki, yaxın zamanlarda hələ də Mərkəzi Bank bu
sahədə nəzarəti əlində güclü olaraq saxlayacaq. Amma müəyyən
müddətdən sonra məcbur olacaq ki, manatın məzənnəsi sırf bazar
tənzimləməsi ilə müəyyən olunsun. Çünki, Mərkəzi Bankın müdaxiləsi
illərlə bu şəkildə davam edə bilməyəcək" .