İsrail ordusu Livanla sərhəddəki səd divarı yaxınlığında fələstinlilərə atəş açıb

17 May 2021 09:46 (UTC+04:00)

İsrail ordusunun hərbi qulluqçuları Livanla sərhəddə Əl-Edeys ərazisində sədd divarına çıxan fələstinlilərə bir neçə xəbərdarlıq atəşi açıb.

Movqe.az Trend-ə istinadfla bildirir ki, bu barədə El Nashra portalı xəbər verib.

Bildirilib ki, aktivistlər divara quraşdırılmış video müşahidə kameralarını söndürməyə çalışıblar.

İsrail tərəfdən atəş açdıqdan sonra aktivistlərdən biri çoxsaylı xəsarətlər alaraq yerə yıxılıb. Həmin şəxs xəstaxanaya yerləşdirilib.