Şuşa Azərbaycanın alınmaz qalasıdır

17 May 2021 11:55 (UTC+04:00)

Xalqımız Şuşaya çox bağlıdır. Ona görə də orada, qədim diyarda baş verən bütün müsbət xəbərlər, Azərbaycan Prezidentinin qədim diyara səfərləri bizi sevindirir. Bəli, Şuşa xalqımızın qədim tarixi, mədəni irsidir. Qədim Şuşa Qarabağın döyünən ürəyidir. Əbəs yerə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev demir ki, Şuşa bizim tarixi şəhərimizdir və biz bu şəhərə qayıtmışıq. Əgər ermənilər bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar? Nə üçün Şuşanın tarixi abidələrini qoruyub saxlaya bilməyiblər? Bütün bulaqlar quruyub. Hər bir məhəllədə bulaq olub, birində də su yoxdur. Yaxşı, əgər bu, sənin şəhərindirsə, niyə sən bulaqları qurudursan? Bütün tarixi abidələr yerlə-yeksan edilib. Əgər bu, sənin şəhərindirsə, niyə sən bu abidələri dağıtmısan? Əgər sən Ermənistan olaraq bəyan edirdin ki, Şuşanı azad etdiniz, kimdən azad etdiniz? Dinc əhalidən azad etdiniz? Azərbaycanlılardan azad etdiniz? Yaxşı, əgər hesab edirdiniz ki, siz bunu azad etmisiniz, niyə binaları dağıdırsınız? Əgər bu, erməni şəhəridirsə, nə üçün yerlə-yeksan edirsiniz? Həqiqətən də doğru sual, məntiqli gikirdir. O boyda qədim şəhərdən əsər-əlamət qalmayıb, şəhər yerlə yeksan olub. Adam təsəvvürünə gətirə bilmir ki, bu vandal insan tərəfindən törədilib. Bəli, bu vandallıq ermənilər tərəfindən törədilib.

Xalqımız əmindir ki, Şuşa təzədən tikilib qurulacaq, əvvəlki görkəmini alacaq. Çünki, Şuşa doğma və əziz şəhərimizdir.

Şuşa bizə o qədər doğmadır ki, onu həm də rəmz kimi qəbul etmişik. Ona görə də Şuşanın işğaldan azad olunması və həmin xəbərin Müzəffər Ali Baş Komandan tərəfindən elan edilməsi hər bir Azərbaycan vətəndaşı kimi mənim üçün də xüsusi əhəmiyyət kəsb edir. Həmin gün hamı bayram elədi4 həm ağladı, həm güldü.

Allah Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevi qorusun.

Yaşasın Azərbaycan!

Hafiz MƏDƏTOV,
Masallı rayonu, Güllütəpə kəndi