Səncərədi kəndində “Zəfər guşəsi”ni ziyarət etmişdir

17 May 2021 18:27 (UTC+04:00)

6 min nəfər əhalinin yaşadığı, 6 kəndi əhatə edən Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi birinci Qarabağ müharibəsində 5, ikinci Qarabağ müharibəsində 12 nəfər şəhid vermişdir.

Astara RİH-nin başçısı Qəzənfər Ağayev Səncərədi kəndində şəhidlərin xatirəsinə ucaldılmış “Zəfər guşəsi”ni ziyarət etmiş, kompleksin önünə qərənfillər düzmüş, şəhidlərin xatirəsini ehtiramla yad etmişdir. 

Xxatirə kompleksi kənd ziyalıları və fəal gənclərin təşəbbüsü, imkanlı iş adamlarının maddi dəstəyi ilə tikilmişdir. İcra başçısı bu nəcib təşəbbüsə görə kənd sakinlərinə təşəkkür edərək demişdir ki, qəhrəman oğullarımız birinci Qarabağ müharibəsində Vətənin müdafiəsinə qalxdılar. İkinci Qarabağ müharibəsində isə qəhrəmanlıqla döyüşərək düşməni darmadağın etməklə qələbəni təmin etdilər. Vətən müharibəsi günlərində qəhrəman oğullarımız sinəsini torpağa sipər edəndə, arxa cəbhədə istər Azərbaycanda, istərsə də xaricdə, dünyanın müxtəlif ölkələrində yaşayan xalqımızın nümayəndələri cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciətlər edərək hər bir çağırışına hər an hazır olduqlarını söyləməklə, birlik nümayiş etdirdilər. Bu birliyin, rəhbərə yüksək inamın və sədaqətin, Vətən sevgisinin nəticəsi idi ki, Şanlı Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman zabit və əsgərlərimizin fədakarlığı ilə 44 gün ərzində torpaqlarımızı işğaldan azad edərək zəfər tarixi yazdı. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığımız haqq savaşı müzəffər ordumuzun qələbəsi, düşmənin acı məğlubiyyəti ilə başa çatdı. 

Uzun illərdən sonra mayın 12-13-dəqədim Şuşamızda cənab Prezidentin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və iştirakı ilə “Xarı bülbül” musiqi festivalının keçirilməsi bizdə böyük iftixar hissi oyatdı. Cənab Prezidentin dediyi kimi biz tarixi torpaqlarımıza əbədi olaraq qayıtmışıq. Bir daha düşmən ayağı bu torpaqlara dəyməyəcək. Bizə bu qüruru yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyir, qəhrəman övladlar böyütdüyünə görə şəhid valideynlərinə dərin hörmət və ehtiramımı bildirirəm. İcra başçısı Astara şəhərində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün inşa edilən“Şəhidlərin Xatirə Kompleksi”nin və qələbəmizin şərəfinə salınan “Zəfər parkı”nın sakinlərimizin əbədi and yeri olacağını, daim ziyarət edilərək şəhidlərin xatirəsinin ehtiramla yad ediləcəyini bildirmişdir.

Kənd Ağsaqqallar Şurasının sədri Əkrəm Həsənov, Ramiz Hacıyev, şəhid mayor Kamran Fərəcovun həyat yoldaşı Nuranə Fərəcova çıxış edərək siyasi iradəsi, hərbi şücaəti, cəsarəti ilə düşməni sarsıdan, erməni işğalına son qoyaraq doğma Azərbaycanın xəritəsini bütövləşdirən ölkə Prezidenticənab İlham Əliyevə xalqımıza qələbə sevincini yaşatdığına görə sonsuz minnətdarlıq etmişlər. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşməni məhv edərək müqəddəs torpaqlarımızdan təmizləyən, Vətən torpağı üçün canını fəda edən qəhrəman şəhidlərlə qürur duyduqlarını, şəhid məzarlarının, onların xatirəsinə ucaldılan hər bir abidənin müqəddəs and yeri olacağını, bundan sonra da övladlarını Vətənə məhəbbət və sədaqət ruhunda böyüdəcəklərini vurğulamışlar.