Masallı RTŞ məktəblərdə reydləri davam etdirir

18 May 2021 11:35 (UTC+04:00)

 Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov və şöbənin əməkdaşları rayonun bir sıra ümumi təhsil məktəblərində olmuş və xüsusi karantin rejimi qaydalarına riayət edilməsi vəziyyəti ilə tanış olmuşdur.

Eyni zamanda dərs prosesləri izlənilmiş, pandemiya qaydalarına əməl edilməsi ilə bağlı müəllimlər və şagirdlərlə maarifləndirici söhbətlər aparılmış, təhsil müəssisələrində çalışanrın vaksinasiya prosesinə cəlb edilməsi haqqında məlumatlar dinlənilmişdir.

Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov həmçinin tikintisi davam edən Qızılağac kənd S.Xəlilov adina 1 nömrəli tam orta məktəbin yeni binasında görülən işlərlə yaxından tanış olmuşdur.

Əlihüseyn ŞÜKÜROV