Almaniyada nazir plagiata görə istefa verib

19 May 2021 16:57 (UTC+04:00)

Almaniyanın ailələr, yaşlılar, qadınlar və gənclərlə iş üzrə naziri Fransiska Gifay istefa verib.

Trend-in məlumatına görə, bu qərar nazirin elmi dərəcəsi ilə bağlı olub.

Qeyd olunur ki, F.Gifay Berlin Azad Universitetində müdafiə etdiyi dissertasiyada plagiata yol verib.

Daha əvvəl universitetin xüsusi komissiyası nazirin elmi dərəcəsinin geri alınmasını təklif etmişdi.