Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Telegram”kanalı rəsmi mavi tanınma nişanı ilə təsdiqlənib

19 May 2021 18:28 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ötən il fəaliyyətə başlayan rəsmi “Telegram” kanalı (sosial.gov.az) qısa müddətdə aktiv fəaliyyəti ilə seçilərək, “Telegram” platforması tərəfindən rəsmi mavi tanınma nişanı ilə təsdiqlənib. Bu barədə Movqe.az-a Nazirlikdən məlumat verilib.

Dünyanın ən böyük sosial şəbəkələrindən biri olan “Telegram”ın 500 milyondan çox aktiv istifadəçisi var. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz fəaliyyət sahələrində aparılan işlər, sosial müdafiə, məşğulluq tədbirləri, islahatlar, innovativ yeniliklər barədə bu kanalda da mütəmadi xəbərlər paylaşır.Mavi nişanla təsdiqlənmə (“Verified Page”) səhifənin orijinallığına, ardıcıl və mötəbər məlumatlar mənbəyi olmasına, aktivliyinə, nüfuzuna dəlalət edir. Bu nişan izləyici kontingentinin orijinal, rəsmi, dürüst səhifələri saxta səhifələrdən ayırd edə bilməsinə və düzgün istiqamətlənməsinə yardımçı olur.Nazirliyin “Facebook”, “Twitter”, “İnstagram” və “Youtube” sosial şəbəkələrində də səhifələri fəaliyyət göstərir. Ötən dövrdəqurumun "Facebook" (https://www.facebook.com/sosial.gov.azvə “İnstagram” (https://www.instagram.com/sosial.gov.az/) səhifələri də rəsmi olaraq mavi nişan vasitəsi ilə təsdiqlənib.