Tikinti aparılsada, kim tərəfindən aparıldığı naməlumdur - Foto

17 May 2012 18:18 (UTC+04:00)

Movqe.Az xəbər verir ki, Bəxtiyar Vahabzadə küçəsində neçə gündür ki, təmir işləri gedir. Lakin qeyd edək ki, təmir işlərinin aparılmasıyla bağlı xəbərdarlıq yazılsada, orada heç bir iş aparılmır. Qazılan çuxurlar isə ağzı açıq formada qalmaqdadır.

Qeyd edək ki, bu ərazidən hər gün yüzlərlə tələbə universitetə yollanır. Çünki Elimlər Akadenmiyasının yeni çıxışı tikildiyindən, Bakı Dövlət Universitetinə gedən yeganə yol buradır.

Bununla bağlı Bakı İcra Hakimiyyətinə müraciət etsəkdə, bu heç bir nəticə vermədi. Səlahətli olan şəxs bu haqda heç bir şey bilmədiyini bildirdi.

Onuda qeyd edək ki, plakatda tikintinin Bakı İcra Hakimiyyəti tərəfindən aparıldığı qeyd olunub. Lakin nədənsə, bu haqda heç bir kəs məlumat vermək istəmədi.

Türkan Nadirqızı

Movqe.Az