Yayda hansı yeməkləri bişirmək daha faydalıdır?

21 May 2021 18:09 (UTC+04:00)

Layihə bağ mövsümünün yaxınlaşması ilə əlaqədar hazırlanıb.

“Bağda” televiziya layihəsi müxtəlif çeşidli yeməklərin hazırlanmasının əyani nümayişi prosesi üzərində qurulub. Açıq havada, təbiətin qoynunda çəkilən layihədə aparıcının iştirakı nəzərdə tutulmayıb. Tamaşaçı  hazırlanma gedişatının gözəl görüntülərini izləyəcək, ləzzətli təamların dadını virtual hiss edəcək.

Eləcə də layihə milli mətbəx ənənələrin qorunub saxlanmasına xidmət edəcək. Eyni zamanda, bu veriliş dünyanın bir çox yerində Azərbaycan mətbəxinin təbliğinə də töhfə verəcək.

Mövsümi kulinariya ənənələrlə  hər həftənin şənbə günləri saat 09:30-da  Mədəniyyət TV-də tanış olmaq olar.