Nigeriyada hərbi təyyarə qəzaya uğrayıb, ölənlər var

22 May 2021 10:45 (UTC+04:00)

Nigeriyanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Kaduna ştatının hava limanı yaxınlığında qəzaya uğrayıb.

Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin "Twitter" səhifəsində məlumat yerləşdirilib.

Məlumatda bildirilib: "Bu gün axşam Kaduna beynalxalq hava limanı yaxınlığında Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb".

Hadisənin baş vermə səbəbi araşdırılır. Həlak olanlar və yaralananlar barədə məlumat verilmir.

"Reuters" agentliyinin mənbələrə istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində Nigeriya Silahlı Qüvvələrinin quru qoşunları qərargah rəisi general-leytenant İbrahim Attairu ölüb.

"The punch" qəzeti, öz növbəsində, hadisələrin araşdırılması üzrə büronun rəisinə istinadən bildirib ki, təyyarənin göyərtəsində olan digər 7 nəfər də qəza nəticəsində həlak olub.