Dünyada ötən sutka koronavirusa 607 mindən çox yoluxma qeydə alınıb - ÜST

23 May 2021 11:34 (UTC+04:00)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 607 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 607 681 nəfər yeni koronavirusa yoluxub, 12 457 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 165 772 430, ölənlərin isə 3 437 545 nəfərə çatıb.