İsraildə koronavirusdan ölənlərin sayı 6,4 mini ötüb

24 May 2021 09:30 (UTC+04:00)

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 11 nəfər yoluxub.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 839 319 nəfərə, ölənlərin sayı isə 6 402 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 832 406 nəfəri sağalıb, aktiv xəstələrin sayı 511 nəfərə düşüb.