Türkiyədə koronavirusla bağlı son vəziyyət

25 May 2021 11:30 (UTC+04:00)

Türkiyədə son sutka ərzində 178 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saatda 7523 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 5 milyon 194 min 10, pandemiya qurbanlarının sayı isə 46 min 446 nəfərə çatıb.

Türkiyədə indiyədək 5 milyon 34 min 316 pasiyent (son sutkada 10 003 nəfər) sağalaraq evə buraxılıb.