Nəsimi RİH təkzib edir

25 May 2021 18:17 (UTC+04:00)

Meydan Tv-də “Nəsimi - PİLOT Layihə - Sənin Səsin: Grand MMC-nin evindən çıxmaq istəməyən sakinləri təhdid etdiyi deyilir” sərlövhəli videomaterial ilə bağlı bildiririk ki, Bakı Şəhər İcra Hakimiyyətinin 01.09.2014-cü il tarixli, 410 saylı sərəncamı ilə Nəsimi rayonu, H.Ələsgərov, S.Rüstəm və Q.Quliyev küçələrinin kəsişməsindəki 983 saylı məhəllədə yaşayış binalarının tikintisinin layihələndirilməsi, icarə əsasında istifadəsinə verilmiş torpaq sahəsində yerləşən tikililərin sakinlərlə qarşılıqlı razılaşma ilə köçürülərək sökülməsi “Grand Plaza” MMC-yə həvalə edilmişdir. Qeyd edirik ki, layihə PİLOT deyildir.

İcra hakimiyyətindən Movqe.az-a yönləndirilmiş məktubda daha sonra bildirilir ki, “Grand Plaza” MMC-dən verilən məlumata görə həmin layihənin əhatə etdiyi ərazidəki mülkiyyətçilərin əksəriyyəti ilə şirkət arasında razılıq əldə olunaraq köçürülmüş, onlara məxsus olmuş tikililər sökülmüşdür. Lakin bir neçə sakin əlavə tələblər irəli sürərək şirkət tərəfindən edilən təkliflərlə razılaşmırlar. S.Rüstəm küçəsi 66 ünvanda yaşayan vətəndaş Nazir Qurbanova faktiki sahəsi 56 kv.m. (sənədlər üzrə 32,3 kv.m.) olan iki otaqlı həyəttipli evinin əvəzində şirkət tərəfindən 180 min manat təklif edilmiş, lakin N.Qurbanov ailəsinin böyük olduğunu səbəb gətirərək ayrılıqda 2 otaqlı və 3 otaqlı hazır 2 mənzil alınmasını və həmin mənzillərin təmiri üçün 50 min manat pul verilməsini tələb edir.

Məktubda o da qeyd olunur ki, hazırda mübahisələrin hüquqi müstəvidə həlli üçün qarşılıqlı iddialarla vətəndaş və şirkət tərəfindən məhkəmələrə müraciət olunmuşdur