25 may 2021-ci il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər ərazisində, Heydər Əliyev və Şah İsmayıl Xətayi parklarında bir qrup gənclərin iştrakı ilə “28 May Respublika Günü” ilə əlaqədar olaraq “Bayraq” aksiyası təşkil edilmişdir.
Aksiyanın keçirilməsində əsas məqsəd, 28 May Respublika gününün mahiyyəti haqda ətraflı təbliğat aparmaqla yanaşı, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi və 44 günlük Vətən müharibəsi dövründə ordumuzun qazandığı uğurlarının gənclər arasında təbliği həmçinin gənclərin bayrağa olan sevgisini daha da gücləndirmək və hər evdə ən azı bir bayrağın olmasından ibarət olmuşdur. Aksiya çərçivəsində gənc könüllüər fəal iştirak etmişlər. Həyata keçirilən aksiya şəhər əhalisi və gənclər tərəfindən rəğbətlə qarşılanıb.
Əlihüseyn ŞÜKÜROV.