Bərdədə bazarda güclü yanğın başlayıb

26 May 2021 09:34 (UTC+04:00)

Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində güclü yanğın başlayıb.

Trend-in Qarabağ bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər həyata keçirilir.