Ermənistan MSK seçkilərdə iştirak edəcək 23 partiya və 4 bloku qeydiyyata alıb

27 May 2021 09:35 (UTC+04:00)

Ermənistanın Mərkəzi Seçki Komissiyası ölkədə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək 23 partiya və 4 bloku qeydiyyata alıb.

Trend "TASS"a istinadən xəbər verir ki, bu barədə Ermənistan MSK-nın məlumatında deyilir.

Məlumatda bildirilir: "İyunun 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün partiyaların və blokların seçkiqabağı siyahılarının qeydiyyatı üçün sənəd qəbulu başa çatıb. 23 partiya və 4 blok qeydiyyata alınıb".