“Hürriyyətə aparan yol” adlı onlayın tədbir

27 May 2021 17:11 (UTC+04:00)

 Rəhim Tağıyev adına Masallı Rayon Tarix -Diyarşünaslıq muzeyində “28 may Respublika günü” ilə əlaqədar  “Hürriyyətə aparan yol” adlı onlayın tədbir kecirilib.
Mayın 26- da muzeydə   Respublika günü ilə bağlı ” Hürriyyətə aparan yol”  mövzusunda  tədbir kecirilib. Tədbirdə  Böyük Kolatan, Qızılağac kənd tam orta məktəbinin  şagird və müəllim kollektivi   iştirak etdilər.
İlk olaraq ,Vətən uğrunda qəhramanlıq göstərmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Muzeyin direktoru Əntiqə Tağıyeva  çıxışında Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq  Cumhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika , ilk demokratik, hüquqi , dünyəvi dövlət nümünəsi  prinsiplərinə sadiq qalaraq  Ulu ondər  Heydər Əliyevin “ Biz Azəraycanın 1918-ci ildə yaranmış ilk müstəqil Xalq Cumhuriyyətinin varisiyik” fikri ilə yenidən bərpa  olub öz müqəddaratını, həqiqi yolunu tapdığını söylədi.Ə.Tağıyeva   Demokratik  Xalq Cumhuriyyətin yaranma tarixindən geniş məlumat verərək tədbir iştirakçılarını Respublika  günü münasibətilə təbrik etdi.
  Muzeyin elmi işçisi D. Məmmədova  müasir ,müstəqil Azərbaycanımızın hüquqi,siyasi,iqtisadi,hərbi  və milli maarif sahələrinin məhs 23 aylıq Demokratik Respublikanın  qurucularının qoyduqları yoldan bəhrələndiyini çıxışında qeyd etdi.
Tədbirin sonunda muzeyin ekspozisiya zalında  Resbuplika günü ilə bağlı təşkil olunmuş  foto sərgiyə virtual baxış keçirildi.

Əlihüseyn ŞÜKÜROV