Türkiyədə koronavirusdan sağalanların sayı 5,07 milyonu ötüb

28 May 2021 09:45 (UTC+04:00)

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 183 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 46 970 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 8 426 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 5 220 549 nəfərə çatıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 13 102 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 5 070 815 nəfər təşkil edir.