Suriyada prezident seçkilərində Bəşər Əsəd qalib gəldi

28 May 2021 11:34 (UTC+04:00)

Suriyada mayın 26-da keçirilmiş prezident seçkilərinin nəticələri açıqlanıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, nəticələri Suriya parlamentinin sədri Hammud Sabaq elan edib.

Sabaqın sözlərinə görə, səsvermədə 14 milyon Suriya vətəndaşı iştirak edib. 13 milyon 540 min 860 seçici səslərini Əsədə verib və beləliklə o, seçicilərin 95,1%-nin səsini toplayaraq qalib olub.

Xatırladaq ki, 7 il müddətinə seçiləcək prezident postu uğrunda 3 namizəd - hazırkı Prezident Bəşər Əsəd, Sosialist İttifaqçı Partiyasından keçmiş millət vəkili Abdullah Sallum Abdullah və vətənpərvər müxalifətin nümayəndəsi Mahmud Əhməd Murai mübarizə aparırdı.