Qazaxıstanda koronavirusa yoluxanların sayı 383 mini ötüb

29 May 2021 10:20 (UTC+04:00)

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 688 yoluxma halı qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 383 595, ölənlərin sayı isə 3 903 nəfərə çatıb.

Bildirilir ki, ötən gün koronavirusdan 2 658 nəfər, hazırkı dövrədək isə 351 086 nəfər sağalıb.