Kanadada qar uçqunu olub, ölənlər var

31 May 2021 10:20 (UTC+04:00)

Kanadanın qərbindəki Albert əyalətinin mərkəzi hissəsində yerləşən dağlarında qar uçqunu baş verib.

Movqe.az Trend-ə istinadla bildirir ki, hadisə zamanı iki nəfər ölüb.

Təbii fəlakət milli Casper parkındakı Andromeda dağında baş verib. Hadisə yerinə gələn xilasedicilər iki meyit aşkarlayıblar. İlkin məlumata əsasən, ölənlər alpinistlərdir.

Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.