Filippində 4,1 bal gücündə zəlzələ olub

31 May 2021 10:40 (UTC+04:00)

Filippinin Luson adasında 4,1 bal gücündə zəlzələ baş verib.

Trend-in Filippinin Vulkanologiya və Seysmologiya İnstitutuna istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri 4,2 min əhalisi olan Viqan şəhərindən 41 kilometr cənub-qərbdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.