Qalib mxalqın müzəffər ordusu

31 May 2021 17:52 (UTC+04:00)

Azərbaycan dövləti və xalqımız artıq yeni mərhləyə addım atdı. Bu gün ölkəmiz ən şanlı, qürurlu və fəxarət dolu günlərini yaşayır. 30 ilə yaxın sürən yurd, torpaq həsrətinə son qoyan zəfər bizi Azərbaycan Respublikasının torpaq bütünlüyünün təmin edən, işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu o böyük günə çatdırdı. Tarixi, qədimi yaşayış məskənlərimizi Azərbaycan özünə qaytardı. Artıq müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var. Bu uğurların qazanılmasında Azərbaycan Ordusunun, onun şəxsi heyətinin misilsiz xidmətləri danılmazdır. Qeyd etmək lazımdır ki, II Qarabağ müharibəsində iştirak edən Azərbaycan Ordusunun bir çox gənc zabit, gizir və əsgərləri həmin ərazilərdə ilk dəfə idi vuruşurdular və ermənistan ordusu isə artıq həm coğrafiyaya çox yaxı bələd idi.Lakin buna baxmayaraq qəhraman ölkəmizin igid döyüşçülərinin qələbə əzmi, ciddi nizam-intizamı və ağıllı hərbi taktikası öz sözünü dedi. Müzəffər Ali Baş Komandanın sözlərini qeyd edərək bildirək ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ordumuz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmış və onları məğlub edərək torpaqlarımızdan qovmuşdur.

Bir çox hərbi ekspertlər, mütəxəssislər bizim müharibəni XXI əsrin müharibəsi adlandırmışlar. Hərbi ekspertlərin fikrinə əssən Azərbaycan Silahlı Qüvvələrinin hazırlıqlı, effektli təchiz edilmiş və yüksək mənəvi ruh yüksəkliyi ilə döyüşmək qabiliyyətində olan ordusu Azərbaycanın qalib ölkə olmasına səbəb olan əsas faktordur. Cəsur ordumuz sayəsində xalqımız şanlı qəhrəmanlıq tarixini yazdı. Ölkə başçısının tapşırığı ilə azad edilmiş torpaqlarda bu gün yenidənqurma işləri aparılır, böyük infrastruktur layihələri həyata keçirilir. Azərbaycan əsgəri yüksək mənəvi keyfiyyətlərə malik olan əsgərdir və onlar verilən təlimatı yerinə yetirib əzəli torpaqlarımızı bizə qaytardılar.

Prezident İlham Əliyev martın 15-də Füzuli və Xocavənd rayonlarına səfəri zamanı söyləmişdir: “Bu gün buraya bu torpaqların sahibləri kimi qayıtmışıq.Bu gün mən Müzəffər Ordumuzun Ali Baş Komandanı kimi Hadrut qəsəbəsində milli bayrağımızı qaldırdım. Bu bayraq burada əbədi dalğalanacaq.” Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. Hadrut qəsəbəsinin işğaldan azad edilməsi Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Şuşa şəhərinin çox çətinliklə, sıldırımlı qayalardan, təpəliklərdən keçərək və ordumuzun əlbəyaxa vuruşaraq azad olunması xalqımız üçün necə önəmli rol oynadığını sübut edir. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq. Azərbaycan ordusu və ölkə rəhbərinin uğurlu siyasəti nəticəsində artıq xalqımız öz əzəli torpaqlarında daim şad yaşayacaq.

Elçin AĞAYEV

Masallı Dövlət Regional Kollecin TGT sədri