Pakistanda leysan yağışları nəticəsində 10 nəfər ölüb

1 İyun 2021 09:00 (UTC+04:00)

Pakistanın Pencab əyalətində leysan yağışları səbəbilə baş verən bədbəxt hadisələr nəticəsində 10 nəfər ölüb, azı 3 nəfər isə xəsarət alıb.

Movqe.az Trend-ə istinadla xəbər verir ki, bu barədə yerli KİV-lərə istinadən "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata əsasən, əyalətin Okara şəhərində yaşayış evlərindən birinin damı çöküb və nəticəsində 4-ü uşaq olmaqla 8 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.

Əyalətin başqa hissəsində 1 nəfər yaşayış evinin divanın üzərinə aşması, daha bir nəfər isə ildırım vurması nəticəsində ölüb.