Özbəkistanda “Style” adlı yeni növ qara rəngli tumsuz qarpız yetişdirilib

1 İyun 2021 09:20 (UTC+04:00)

Özbəkistanın Qaşqadərya vilayətinin fermeri Uluqbek Cumanazarov ölkədə ilk dəfə qara rəngli tumsuz qarpız yetişdirib.

AZƏRTAC Özbəkistan mətbuatına istinadla xəbər verir ki, “Style” adlı yeni növ qarpız uzun illərin təcrübəsi nəticəsində əldə olunub.

U.Cumanazarov deyib ki, yeni növ qarpız may ayında istixanada yetişdirilib və məhsul xarici ölkələrə göndəriləcək.

O vurğulayıb ki, dadına görə yeni növ qarpız adi qarpızdan fərqlənmir.