Ümumdünya Ticarət Təşkilatının on ikinci Nazirlər Konfransına Qazaxıstan rəhbərlik edəcək

1 İyun 2021 09:58 (UTC+04:00)

Qazaxıstanın rəhbərlik edəcəyi Ümumdünya Ticarət Təşkilatının 12-ci Nazirlər Konfransı bu ilin noyabr ayının sonu - dekabr ayının əvvəlində keçiriləcək.

Movqe.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okoncio-İveala ilə görüşündə açıqlayıb.

Videokonfrans formatında keçirilən danışıqlar zamanı K.J.Tokayev bu yaxınlarda ÜTT-nin rəhbəri vəzifəsinə seçilməsi münasibətilə həmsöhbətini təbrik edib və təşkilatla əməkdaşlığın Qazaxıstanın prioritetlərindən biri olduğunu vurğulayıb.

Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstan ÜTT-nin rəhbərliyi ilə təşkilata üzv dövlətlər, vaksin istehsalçıları və mövcud vaksinlərə ehtiyacı olan ölkələr arasında dialoqu dəstəkləyir.