Azərbaycan iqtisadiyyatı öz inkişaf dövrünü yaşayır

7 İyun 2021 16:58 (UTC+04:00)

Hər bir siyasi qüvvənin fəaliyyətinə verilən ictimai qiymət azad seçkilərlə şərtlənir. Məhz bu strateji seçimin nəticəsi olaraq hər bir xalq müəyyən zaman kəsiyində milli inkişaf yolunu, tərəqqi yönümünü müəyyən edir. Çoxluğun maraq və mənafeyini öz fəaliyyətində ehtiva edən, rasional siyasət yeridərək cəlbedici proqram və ideyalarla silahlanan komandanın uğur qazanması isə qaçılmaz olur. Azərbaycan xalqı ümumilli lider Heydər Əliyev və onun davamçısı İlham Əliyev siyasətiylə bu mütərəqqi inkişafa çatmışdır. Bu tarixi seçim xalqımızın təkamülə əsaslanan demokratik inkişaf tərəfdarı olduğunu, ölkənin taleyini yalnız konkret planlara malik, çevik, işlək və monolit komandaya etibar etdiyini bir daha nümayiş etdirmişdir.

Azərbaycan yüksək iqtisadi göstəricilərə və digər üstünlüklərə malik dövlət kimi ümumi tərəqqiyə və əmin-amanlığa xidmət edən əməkdaşlığı daim genişləndirmək əzmindədir. Respublikamızla əlaqədar bəzi taleyüklü məsələlərin həllində obyektiv mövqedən çıxış etməyən, ikili standartlara yol verən Avropanın bir sıra dövlətlərindən fərqli olaraq, Azərbaycan ədalətli əməkdaşlığın sarsılmaz qaydalarına riayət edərək ümumi əmin-amanlıq naminə beynəlxalq vəzifələrini ləyaqətlə yerinə yetirir.

Azərbaycan həmişə yüksək qiymətləndirdiyi beynəlxalq əməkdaşlıq ənənələrinə bundan sonra da sadiq qalacaqdır. Hazırda dünyanın üzləşdiyi böyük problemlərdən biri Avropanı etibarlı enerji mənbələri ilə təmin etməkdən ibarətdir. ərAzərbaycan sülh və dostluğa söykənən davranış qaydalarına, qəbul edilmiş ümumi təfdaşlıq prinsiplərinə sadiq qalaraq bu sahədə öz imkanlarından maksimum səmərəli istifadə etmək əzmindədir.

Son illərdə sosial-mədəni tədbirlərin genişləndirilməsində Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da misilsiz xidmətləri xüsusi vurğulanmalıdır. İnsanlara sosial-mənəvi dəstək verilməsində, təhsil, mədəniyyət sahəsində uğurlar daha böyükdür.

Hakimiyyətin düşünülmüş siyasəti nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən sabit və təhlükəsiz bir məkana çevrilmişdir. Azərbaycanda formalaşan və artıq beynəlxalq güclər tərəfindən də qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü ondadır ki, xalq onu bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü dövlətə çevrilmişdir. Məhz bunun nəticəsində Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müstəqil siyasət aparır və maraqlarını qoruya bilir.

Ənvər KƏRİMOV

Masallı rayon Eminli kəndi