Qardaşlığın rəmzi olan Şuşa bəyannəməsi

18 İyun 2021 11:37 (UTC+04:00)

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun zirvəsidir. Bəs, Bəyannamənin siyasi, hərbi və iqtisadi əhəmiyyəti nədən ibarətdir.

Bildirmək istərdim ki, Şuşa Bəyannaməsinin siyasi əhəmiyyətinin ana xəttini Azərbaycan və Türkiyənin adları tarixə böyük hərflərlə həkk olunmuş liderlərinin strateji baxışı, gələcəyə inamı, daha da xoşbəxt günlərə yoludur. Əslində bu böyük və geniş iki xalq arasında var idi. Amma, onu sənədləşdirmək, daha uğurlu gələcəkdir.

Beləliklə, hər iki qardaş xalqın ən böyük tarixi nailiyyəti bu Türkiyəyə Rəcəb Tayyib Ərdoğanın, Azərbaycana isə İlham Əliyevin rəhbərlik etməsidir.

Şuşa Bəyannaməsində hər iki dövlətin ərazi bütövlüyünə, müstəqilliyinə, suverenliyinə hər hansı bir real təhdidin yaranacağı təqdirdə, birgə hərəkət edəcəklərini ehtiva edən müddəanın yer almasıdır. Qarşılıqlı hərbi yardım öhdəliyi yalnız hərbi-siyasi ittifaq və bloklarda təmsil olunan dövlətlərə xas olan bir öhdəlikdir. Şübhəsiz ki, bu prinsipin əsasında BMT Nizamnaməsinin 51-ci müddəasından irəli gələn kollektiv müdafiə hüququ dayanır.

Şuşa Bəyannaməsində tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili fikri durur. Beləcə müasir şəraitdə, sözügedən sənəddə kollektiv müdafiə hüququnun imperativ bir şəkildə vurğulanması, kimin istək və arzularından, niyyətlərindən asılı olmayaraq, dünyanın siyasi səhnəsində Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqının de-fakto və de-yure təşəkkül tapması yada düşür.

Bəyannamə haqqında çox danışmaq olar.

Azərbaycan-Türkiyə ittifaqının yanında yer alacaq, bölgənin sabitliyinə, inkişafına və təhlükəsizliyinə öz töhfələrini verəcək, xalqlarının firavan həyatlarını təminat verəcək.

15 iyun 2021-ci il tarixdə, Şuşada Azərbaycan və Türkiyə prezidentlər görüşərkən cənab İlham Əliyev deyib ki, İkinci Qarabağ müharibəsi tarixdə qaldı, 44 günlük müharibə nəticəsində Ermənistan ordusu tam məhv edildi. Ermənistan diz çökdü, ağ bayraq qaldırdı, təslim oldu və məcbur olub Şuşa alınandan sonra kapitulyasiya aktına imza atdı və bizim digər bölgələrimiz bir atəş açmadan bizə qaytarıldı. Otuz ilə yaxın davam edən işğala son qoyuldu. Azərbaycan buna qardaş Türkiyənin dəstəyi ilə son qoydu. Otuz il ərzində aparılan danışıqlar heç bir nəticə vermədi. Bu, bir daha onu göstərir ki, iradə, əzmkarlıq, güc və ədalət olan yerdə hər şey əldə etmək mümkündür. Əlbəttə, Türkiyə kimi müttəfiqi olan Azərbaycan İkinci Qarabağ savaşında bundan ruhlanaraq tarixi missiyanı yerinə yetirdi, ədaləti bərpa etdi, ərazi bütövlüyünü bərpa etdi.

İndi isə yeni dövr başlayır...

İndi Qarabağ Azərbaycandır.

Yaşasın Türkiyə və Azərbaycan xalqları!

Sevil AĞAMMƏDOVA

Yolağac kənd tam orta məktəbin direktoru7