Azercell Müştəri Xidmətləri artıq Instagram-ın şəxsi mesaj bölümündə!

4 Noyabr 2021 18:09 (UTC+04:00)

Müştərilərini hər zaman diqqət mərkəzində saxlayan “Azercell Telekom” MMC rəqəmsal kanallar vasitəsilə göstərdiyi xidmətlərin çeşidini genişləndirir. Abunəçilərinin müraciətlərini daha da operativ şəkildə cavablandırmağı hədəfləyən Azercell artıq Instagram sosial şəbəkəsinin şəxsi mesajlaşma bölməsi vasitəsilə də müştərilərinə xidmət göstərir. Qeyd edək ki, şirkətiki il öncə Facebook platformasında da bu funksiyanı işə salıb. 

Statistika sübut edir ki, sosial şəbəkələr Azercell müştəri xidmətlərinin mühüm tərkib hissəsinə çevrilməkdədir. Bu ilin əvvəlindən indiyədək təkcə Facebook-da Azercell təmsilçiləri 213 mindən çox abunəçinin müraciətini cavablandırıblar. Instagram-da isə bu rəqəm 70 minə yaxınlaşır. Digər populyar şəbəkə - Twitter-də bu il ərzində şirkətin müştəri xidmətlərinə sorğu göndərənlərin sayı 3500-ə yaxındır. Azercell-in nümayəndələri şirkətin rəsmi YouTube kanalında da 300-ə yaxın müraciəti qəbul ediblər. Linkedin üzərindən isə bu müddət ərzində 126 Azercell abunəçisinin sorğusu daxil olub. 

Azercell-in Facebook, Instagram, Twitter, Linkedin və YouTuberəsmi səhifələri daxil olmaqla sosial şəbəkələrdə toplam 784,678istifadəçisi var. Xatırladaq ki, məhz Azercell 2012-ci ildə Twitter platformasının, 2013-cü ildə Facebook sosial şəbəkəsinin təsdiqlənmiş (verified) statusunu qazanan ilk mobil operator olub. Fəaliyyətini uğurla davam etdirən lider mobil operator 2019-cu ildə Instagram-ın bütün verifikasiya meyarlarına cavab verərək səhifənin təsdiq nişanını alıb. 

Bu səhfələrdən istifadə edən Azercell abunəçilərinə 24/7 rejimində yüksək keyfiyyətli xidmət təqdim olunur. Eyni zamanda, sosial şəbəkə hesablarında Azercell-in tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərlər paylaşılır.

Azercell-də baş verən ən son yenilikləri qaçırmamaq üçün bizi sosial şəbəkələr üzərindən izləməyi unutmayın!

Facebook: https://www.facebook.com/azercell

Instagram: https://www.instagram.com/azercell/

Twitter: https://twitter.com/Azercell

Linkedin:https://www.linkedin.com/company/azercell/mycompany/

YouTube: https://www.youtube.com/c/AzercellYouTube

 

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.