Azərbaycan qlobal təşəbbüslər ölkəsidir

11 Noyabr 2021 17:00 (UTC+04:00)

Dünyanın bir çox ölkələrində hər birinin mədəni, iqtisadi, siyasi baxımdan müəyyən fərqlər vardır.Ümumiyyətle, həm inkişaf etmiş, həm də dünya ilə daha çox münasibətlər quran ölkələr daim diqqət mərkəzində olurlar.

Azərbaycan qlobal təşəbbüsləri ilə diqqətdə olan ölkələr sırasındadır.2013-cü ildən bəri Azərbaycanın təşkil etdiyi Qlobal Bakı forumu qlobal səviyyədə bir çox bəşəri problemlərin müzakirə olunduğu platformalardan biri idi.

Ötən iki ilə nəzər salsaq, aydın şəkildə görərdik ki Covid-19 ilə mübarizədə düşünülmüş şəkildə tədbirlər görən ölkələrdən biri də Azərbaycan olmuşdur.Həmçinin ölkəmiz BMT-nin İnsan Hüquqları şurasında Covid-19a qarşı mübarizədə ölkələr arasında peyvəndlərin ədalətli bölüşdürülməsi barədə çıxış etmişdir.Azərbaycan ədalətli mövqeyini bu baxımdan da göstərmişdir.

Ölkəmizin iqtisadi baxımdan böyük uğurları imzalar atdığını qeyd etməmək olmazdı. Bir çox Avropa ölkələrini fasiləsiz olaraq qiymət artımı olmadan qazla təmin edən ölkədir.Və bu keyfiyyətlərinə görə öz sərhədlərindən də kənarda Azərbaycan etibarlı, güvənli müttəfiq olduğunu nümayiş etdirib.

Azərbaycanın őz gűcű və siyasi iradəsi ilə 30 illik műnaqişəni 44 gųndə həll etməsi bəzi dairələri qıcıqlandırır , Qərb mediyasında Azerbaycana qarşı aparılan qarayaxma kompaniyasının heç bir əsası yoxdur . Bu őlkələrin őzűndə insan haqlarının pozulmasına dair etirazçıların güclənməsi və təhqir olunması , media mənsublarına qarşı zorakırlıq halları , eyni zamanda milli və irqi ayrıseçkiliklə bağlı yüzlərlə fakt var. Bu cür nöksanların mövcud olduğu ölkələrin özlərini insan hüququ və azadlıqlarının müdafiəçisi kimi təqdim etməsi sadəcə gülüş doğurur. İnsan hüquq və azadlıqların kobud səkildə pozulduğu əksər Qərb ölkələrin Azərbaycanı əsasız səkildə ittiham etməyə haqqı yoxdur.

Azərbaycan artıq Müzəffər ölkədir.30 illik işğal həsrət sona yetdi. Bu 30 illik münaqişəni nəhayət Azərbaycan özü həll etdi. Erməni faşistləri Azərbaycan torpaqlarını işğal edilən zamanandan BMT təhlükəsizlik şürasının, ATƏT-ın Minsk Qurupunun Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd- şərtsiz çıxarılmasını tələb edən qətnamələri kağız üzərində qalmışdı. Azərbaycan bu qətnamələrin , bu danışıqların davamını gözləsəydi; torpaqlarımız demək olar ki, heç vaxt işğaldan azad edilməyəcəkdi. Odur ki, Ali baş komandanımızın əmri ilə Azərbaycan ordusu 44 gün ərzində erməni quldurlarını əzəli əbədi torpaqlarımızdan darmadağın edərək qovdu.Tarixi ədaləti bərpa etdi.

Prezident cənab İlham Əliyev, Ermənistan yalnız status- kvonu möhkəmləndirmək, danışıqlar formatını yalnız münaqişənin əbədi dondurulması aləti kimi istifadə etməyə cəhd edirdi.Artıq işğaldan azad olunmuş ərazilərdə güclü quruculuq, bərpa işləri gedir. Qaçqın və köçkünlər öz doğma dədə baba yurdlarına tərəf üz tuturlar Azərbaycan artıq müzəffər ölkədir.30 illik işğal həsrət sona yetdi. 30 illik münaqişəsinə özü öz gücü ilə həll etdi.

Vüsalə İmanova

Masallı şəhər sakini, fəal gənc