Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi

18 Noyabr 2021 20:12 (UTC+04:00)

 

Sentyabrın 27-dən etibarən döyüşlər başladığı andan Ali Baş Komandan dəfələrlə işğalçı Ermənistanı sülhə dəvət edərək, işğaldakı ərazilərin cədvəl əsasında boşaldılmasını şərt kimi qoyurdu. Lakin Ermənistanın siyasi və hərbi rəhbərliyi bu döyüşlərin onlar üçün yaranacaq ağır nəticələrinə məhəl qoymayaraq öz təxribatlarına, işğala davam edirdi. Nəticədə 44 günlük Vətən müharibəsinin sonunda həm siyasi, həm də hərbi sahədə öz qətiyyəti və uzaqgörənliyi ilə dünya ictimaiyyətini heyran qoyan Ali Baş Komandanımızın düşmənə əvvəldən şərt qoyduğu məsələlər reallığa çevrildi. Düşmən kapitulyasiya aktına - üçtərəfli bəyanata imza çəkərək Ağdam, Kəlbəcər və Laçını öz əlləri ilə Azərbaycana təslim edəcəyini bildirdi. Noyabrın 20-də Ağdam rayonunun işğaldan azad olunması noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsidir. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı.

Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, iqtisadiyyatın yüksək inkişaf etdiyi rayonlardan birinə çevriləcək.

Dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür.

Ağdamın azad edilməsinə səbəb olan İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandanı, ordumuzu, xalqımızı Allah qorusun.

Əsəd Seyfullayev

gənc tələbə