Azercell şəhid övladlarıyla yanaşı şəhidlərin həyat yoldaşlarına da təhsil üçün təqaüd ayırdı

19 Noyabr 2021 17:23 (UTC+04:00)

Fəaliyyətə başladığı gündən etibarən sosial layihələri ilə seçilən“Azercell Telekom” MMC 44 günlük Vətən müharibəsidövründə canından keçən və böyük qəhrəmanlıq nümunəsi olanşəhidlərimizin ailələrinə dəstəyini davam etdirir. 10 ildən artıqmüddətdir ki, Azercell şirkəti tərəfindən reallaşdırılan “TələbəTəqaüdü” proqramı çərçivəsində ötən il olduğu kimi bu il dətələbə adını qazanmış şəhid övladlarına təqaüd təqdim olunur. Bununla yanaşı, şəhidlərin ali təhsil ocağına daxil olmuş həyatyoldaşları üçün də təhsil müddətinin sonunadək hər təhsil ayıüçün 300 manat məbləğində təqaüd ayrılıb. Azercell Telekomhər zaman qadınların cəmiyyətdə öz yerini tapmasına, peşəkarkadr kimi yetişməsinə xüsusi qayğı ilə yanaşır və bu təşəbbüsləonların inkişafına bir daha töhfə vermiş oldu. 

Qeyd edək ki, siyahılar “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimaiBirliyi tərəfindən təqdim olunub.

Xatırladaq ki, ötən il Azercell 44 gün davam edən VətənMüharibəsi zamanı təhsilini yarımçıq qoyaraq, torpaqlarımızınazadlığı uğrunda döyüşlərdə iştirak etmiş tələbələrin proqramçərçivəsində dəstəklənməsi və nəticədə, Azercell tərəfindənBakı ilə yanaşı, həm də bölgələrdəki müxtəlif ali təhsilocaqlarının 23 tələbəsinə 200 manat məbləğində təqaüdünverilməsi qərara alınıb.

Azercell həm 44 günlük müharibə dövründə, həm də sonrakımüddətdə hər kəsə şərəf və ləyaqət nümunəsi olan şəhid və qaziailələrini diqqət mərkəzində saxlayıb, xüsusi sosial layihələrintəşəbbüskarı və təşkilatçısı kimi çıxış edib. Şirkət tərəfindənşəhid ailəsi himayəyə götürülüb, Vətən müharibəsində şəhidolmuş və yaralanmış hərbçilərin faktura borcları ləğvedilib. Böyük amallar uğrunda canını fəda edən hərbçilərimizinövladları üçün “Böyük Ürəklərdə Kiçik Xatirələr” layihəsiçərçivəsində psixoloji dəstək məqsədilə təlimlər təşkil edilib. Həmçinin balacaların öz qəhrəman ataları haqqındaxatirələrindən ibarət kitab dərc olunub. Bundan əlavə, ŞanlıAzərbaycan ordusuna sonsuz hörmətin təcəssümü kimi QələbəGünü münasibətilə müharibə veteranı statusuna malik olanbütün vətəndaşlarımızın istifadəsinə “Veteran tarifi” təqdimolunub. 

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edəbilərsiniz

 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ənböyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatədairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanındabeynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatınalayiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq BiznesSTEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrəən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganəşirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercellgətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştərixidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektronimza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisiçərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasınınsınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı vəAbşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatəedir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitəninəhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmışaraşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsiAzərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilərnümayiş etdirmişdir.