Bazarstore “10-cu il xatirə parkı”-nın açılışını etdi

17 Dekabr 2021 17:38 (UTC+04:00)

“10-cu il xatirə parkı” istifadəyə verildi

Pərakəndə sektorunun öndəri və söz sahibi olma missiyasını davam etdirən “Bazarstore” 17 Dekabr tarixində Xəzər rayonu, Şağan qəsəbəsində “10-cu il xatirə parkı”-nın açılışını etdi. Loqosunda ağac ikonunu ehtiva edən, hər zaman ekologiyanın və ətraf mühitin qorunmasına xüsusi diqqət ayıran marketlər şəbəkəsi təbiətə 1000 ağac bəxş etdi. Ətrafı yaşıllıqla əhatələnmiş, insanların istirahəti üçün rahat oturacaqları olan park qəsəbə sakinlərinin ürəyincə oldu. 

Təbitəti qorumaq bizim əlimizdədir

Tədbirdə Yerli icra hakimiyyətinin nümayəndələri, “Bazarstore” əməkdaşları, tanınmış media simaları iştirak edib. Xəzər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elşən Qurbanov çıxışında bildirdi ki; Təbiəti qorumaq bizim əlimizdədir. Bu gözəl park Şağan qəsəbə sakinlərinin istirahəti üçün gözəl məkan olacaq. Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, tarixçi, etnoqraf Təvəkkül Səlimov isə belə gözəl ənənənin başlanğıcını qoyduğu üçün Bazarstore-a minnətdarlığını bildirdi. 

Tədbirin xüsusi qonaqları da var idi

Tədbirin həmçinin xüsusi qonaqları da var idi. Bazarstore hər zaman xüsusi diqqət və qayğı göstərdiyi “Ümid yeri” uşaq sığınacağından gələn uşaqlara Yeni il hədiyyələrini təqdim etdi. 

 

Qeyd edək ki, 2011-ci ildə “Azərsun Holdinq”in tərkibində yaradılan “Bazarstore” 10 ildir davamlı olaraq təzəlik, keyfiyyət, münasib qiymət, çeşidlilik və xidmətindən güzəştə getməyərək 74 mağazası ilə ildə 34 milyon müştəriyə, ölkə üzrə 88 min kvadrat metr satış sahəsində, 3000 çalışanı ilə xidmət göstərir. 

“Bazarstore” əsas prinsiplərində qeyd olunduğu kimi bu üstün xidmət üçün əl-ələ verib birlikdə güclənməyin, inkişaf üçün davamlı çalışmağın, müştərini sərvəti bilib sözündə etibarlı olmağın və məsuliyyətinin fərqindədir.