Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”

20 Dekabr 2021 14:45 (UTC+04:00)

Beynəlxalq Biznes Mükafatları nüfuzlu STEVIE mükafatının qaliblərinə təqdimat mərasimi keçirib. Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin nailiyyətləri STEVIE Beynəlxalq Biznes Mükafatlarının münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Xatırladaq ki, Azercell Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı sensorlar konsepsiyasının tətbiqi üzrə hazırlıq səviyyəsinə görə  “İlin ən innovativ şirkəti” nominasiyası üzrə Qızıl mükafata layiq görülüb. 

 

Mükafatın virtual təqdimat mərasimində çıxış edən “Azercell Telekom” MMC-nin Prezidenti Zərinə Zeynalova etimad üçün münsiflər heyətinə təşəkkürünü bildirib. Xanım Z.Zeynalova Azərbaycanda Əşyaların İnterneti əsasında az enerji tələbatlı sensorlar konsepsiyasını tətbiq edən ilk şirkətin Azercell olduğunu vurğulayıb: “Əşyaların İnterneti texnologiyasının təklif etdiyi geniş imkanlardan yararlanaraq daha rahat, rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaq və beləliklə innovativ həlləri abunəçilərimiz üçün əlçatan etmək - prioritet məqsədlərimiz sırasındadır. Azercell Telekom ölkə prezidentinin çağırışına əsasən işğaldan azad olunmuş ərazilərdə “Ağıllı Şəhər” və “Ağıllı Kənd” konsepsiyalarının gerçəkləşməsi üçün dövlət proqramına dəstək verməyə hazırdır. 

Böyük qürur hissi ilə vurğulamaq istərdim ki, Azercell bu ərazilərdə mobil kommunikasiya infrastrukturunun qurulmasına başlayan ilk şirkətdir”

 

Dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri olan STEVIE  Beynəlxalq Biznes Mükafatlarının sahibləri 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində seçilir. Builki seçim zamanı ekspertlər Azercell-in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri, insanların həyat keyfiyyətinin daha da yaxşılaşdırılması naminə texnoloji yeniliklərin tətbiqi istiqamətindəki səylərini qiymətləndiriblər. 

 

Hazırda 5 milyondan çox abunəçinin seçimi olan məhz “Azercell Telekom” MMC ölkədə ilk olaraq “Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu sınaqdan keçirərək hazır vəziyyətə gətirib. 

 

Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə "Big Data" texnologiyasını tətbiq edən “Azercell Telekom” MMC kommunikasiya dünyasının ən son yeniliklərinin ölkədə tətbiq etməklə, ən yaxşı müştəri təcrübəsi imkanlarını hamı üçün əlçatan etməyə çalışır. 

 

Qeyd edək ki, "Azercell Telekom” indiyədək dəfələrlə müxtəlif nominasiyalar üzrə ilin şirkəti seçilərək STEVIE mükafatına layiq görülüb. Müsabiqənin məqsədi dünyanın müxtəlif ölkələrində fərqli uğur qazanmış şirkətlərin tanıdılmasıdır.

 

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

 

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.