Hadrut qəsəbəsində hərbi hissənin açılışı

27 Dekabr 2021 19:40 (UTC+04:00)

Hadrutun azad olunması Ermənistan ictimaiətinə çox ciddi psixoloji zərbə endirmişdi. Çünki Ermənilər düşünmürdülər ki, Azərbaycan qondarma Qarabağ respublikasının ərazisinə nüfüz edib öz əzəli torpaqlarını geri alacaq.Ötən il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edildi. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları sonda tarixi qələbə ilə nəticələndi. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Strateji qəsəbəni işğaldan azad edilməsi müharibə zamanı gələcək planlarımıza əlavə dəstək verdi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı.

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğlu Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib, burada hərbi hissənin açılışında iştirak ediblər. Ali Baş Komandan İlham Əliyev Hadrutun azad edilməsini belə təsvir edir: “Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olub. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi''.

Qeyd edilməlidirki Hadrutda elektrik enerjisi bərpa edilib, qəsəbədəki 35/10 kilovoltluq yarımstansiyaya, 10 kilovoltluq Cəbrayıl xəttindən elektrik enerjisi verilib: "Bu gündən etibarən Hadrut qəsəbəsində olan vacib obyektlərə elektrik enerjisinin verilməsinə başlanılıb". Hadrutda mobil stansiyalarda ötürücü teleqüllələr vasitəsilə rabitənin təmin edilməsini həyata keçirirlər. Abadlıq işləri sürətli şəkildə davam edir, xalq öz torpaqlarına geri dönüş edilməsi tarixini gözlüyür. Hərbi hissənin açılmasıda bu ərazidə ordumuzun möhkəmlənməsi simvolu kimi qələmə vermək olar. Bu hərbi hissə komando hərbi hissəsi adlanırki , sırf universal hərbiçilərin yetişidirilməsi üzrə ixtisaslaşmış hərbi hissədir.

Niyazi Bağırov 

Masallı şəhər sakini