Cənub Qaz Dəhlizi mühüm iqtisadi təsirə malikdir

8 Fevral 2022 20:24 (UTC+04:00)

Fevralın 4-də Cənab Prezident Cənub Qaz Dəhlizi ilə çıxışında bildirmişdir ki, ötən il toplantı pandemiya səbəbindən videokonfrans formatda keçirilsə də, bu dəfə müvafiq şərtlərə əməl etməklə Avropa İttifaqının komissarları, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri ilə Bakıda bir araya gəldik.

Mən də Azərbaycan vətəndaşı olaraq bildirmək istərdim ki, bu siyasi-inkişaf iştirakçı dövlətlər üçün çox prespektivlər yaradır.

Həmçinin bazar iqtisadiyyatına mühüm təsir göstərəcəkdir, Azərbaycanda “yaşıl enerji”nin inkişafına dair bizim daxili strategiyamızın bir hissəsi olmaqla yanaşı, ixracdan əldə olunan gəlirlər üçün əlavə mənbə ola bilər və enerji mənbələri idxal edən ölkələr üçün də faydalı olacaq. Həm ölkələr arası iqtisadiyyatımız güclənəcək, həm ölkəmizə kapital qoyuluşları artacaq və həmdə bu addım ölkəmiz üçün investrların artmasına səbəb olacaqdır.

 

Orxan Allahverdiyev

Masallı şəhər sakini, gənc könüllü