Azercell abunəçiləri Ukraynadakı yaxınlarına pulsuz zəng etməyə davam edəcəklər!

2 Mart 2022 14:15 (UTC+04:00)

Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinədəstəyini davam etdirir. Belə ki, lider mobil operator hazırdaUkrayna ərazisində olan Azərbaycan vətəndaşları, həmçininvətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsintisizrabitə əlaqəsini təmin etmək məqsədilə Azərbaycandan-Ukrayna  istiqamətində tətbiq etdiyi ödənişsiz telefonzənglərinin müddətini mart ayının 6-dək (06.03.2022 tarixidaxil) uzatdı. Bu imkan bütün Azercell abunəçiləri üçün təqdimolunub.

Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkünyüklənmə riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarınınqarşısının alınması məqsədilə mobil operator öz abunəçilərdənqeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahişedir.

Xatırladaq ki, Azərbaycandan Ukraynaya ödənişsiz zəng imkanışirkət tərəfindən fevral ayının 27-dən etibarən tətbiq olunub. Azercell daha öncə Ukraynada olan abunəçilərinin balansına 50 azn həcmində vəsait yükləyib. Abunəçilərini diqqət mərkəzindəsaxlayan mobil operator onlara daima ünsiyyət və əlaqədəqalmaq üçün imkanlar yaradır. Bundan əlavə, şirkətin xidmətmərkəzləri 7/24 abunəçilərin xidmətindədir: Çağrı Mərkəzi(ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün(012) 490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52); Online Dəstək xidməti; “Kabinetim” tətbiqi: https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html