Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi

18 Mart 2022 20:02 (UTC+04:00)

 

Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının martın 15-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısı tədbirdə çıxış etdi.
Qarabağ Günəş Elektrik stansiyasının təməli qoyulması çox önəmli bir hadisədir. 230 meqavat gücündə olan stansiya həm ölkəmizin enerjiyə artan tələbatının ödənilməsində, həm də ixrac imkanlarımızıda genişləndirəcək, layihənin icraçısı "Masdar Şirkətidir" Masdar şirkətinin bu sahədə çox böyük təcrübəsi var. Bu gün Azərbaycan dörd qonşu ölkəyə ixracı artıq təmin etmişdir. Masdar şirkəti Birləşmiş Ərəb əmirliklərini təmsil edir. Birləşmiş Ərəb əmirlikləri və Azərbaycan arasında böyük perspektivi var. İlin əvvəlində də Səudiyyə Ərəbistanının  təmsil edən "ACWA POWER" şirkəti ilə 240 meqavat gücündə külək elektrik stansiyasının təməli qoyuldu. İşğal dövründə 30 il ərzində ermənilər və Ermənistan dövləti işğal altında olan torpaqlarımızda bütün binaları, infrastrukturu, dağıtmışlar. Kəlbəcər və Laçın rayonlarında 30 dan çox elektrik stansiyası məhv etmişlər. Artıq azad edilmiş torpaqlarda geniş miqyaslı işlərə başlanmışdır. Biz bir sıra ölkələrlə tərəfdaşlıq əlaqələri edirik. Bu stansiyanın inşasının böyük perspektivləri olacaq. Stansiyanın inşasına uğurlar arzulayırıq.

Nuridə Qasımova

Masallı rayon Boradigah qəsəbə 2 saylı orta məktəbinin müəllimi