Azercell-dən Vaşinqtonda Azərbaycan musiqisi gecəsi

23 Mart 2022 13:52 (UTC+04:00)

Mart ayının 20-də Azercell-in təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakısəfirliyinin dəstəyi ilə ABŞ-ın paytaxtında Novruz bayramımünasibətilə gənc musiqiçi və bəstəkar Xan Bəylinin konsertitəşkil olunub. Vaşinqtonun ən məşhur konset zallarının birindətutan tədbirə Azərbaycan Respublikasının Amerika BirləşmişŞtatlarındakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və“Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanındəvəti ilə Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan, Qazaxstan Respublikasının səfiri Yerjan Aşıkbayev, ÖzbəkistanRespublikasının səfiri Javlon Vahabov, Amerikadakı Azərbaycanvə müxtəlif xalqların diaspor üzvləri, eləcə də yerli qonaqlarqatılıb. 

 

Açılış nitqi ilə çıxış edən Azercell-in prezidenti Zərinə Zeynalovaşirkət tərəfindən həyata keçirilən bu tədbirin zəngin mədəniirsimizin, milli dəyərlərimizin beynəlxalq ictimaiyyətətanıdılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Zərinəxanım həm milli, həm də dünya musiqisinin müxtəlif çalarlarını özəsərlərində əks etdirən gənc bəstəkar Xan Bəylinin fəaliyyətiniyüksək qiymətləndirdiyini, öz ətrafında fərqli insanlarıbirləşdirmək qüvvəsinə malik olduğunu qeyd edib. 

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri cənab Xəzər İbrahim səhnəyəAzərbaycanın milli paltarlarını geyinmiş övladları ilə birlikdəçıxaraq qonaqları səmimi tərzdə Novruz bayramı münasibətilətəbrik edib. Xan Bəylinin dünyaya örnək ola bilən Azərbaycandəyərlərinin və musiqisinin ABŞ-da təbliğ edilməsində fəal iştiraketdiyini vurğulayan səfir, Azercell-ə və bu təşəbbüsüngerçəkləşməsində əməyi keçən hər kəsə təşəkkür edib. 

 

Tədbirin xüsusi qonağı İctimai Televiziya və Radionun aparıcısıFateh bu musiqi ziyafətinə Xanın Azərbaycandakı pərəstişkalarınıvə saat fərqinə baxmayaraq səbirsizliklə bu konsertin yayımınıgözləyən Azərbaycan auditoriyasını təmsil etmək üçün qatıldığınıbildirib. Məşhur aparıcı sosial media hesablarından izləyicilərinəkonserti canlı izləmək imkanı yaradıb. 

 

Ukraynada Azərbaycan ailəsində doğulan həmyerlimiz Xan BəyliAzərbaycan xalq mahnıları, müasir estrada bəstələrilə yanaşı, özünün müəllifi olduğu musiqiləri də səsləndirib. Muğamı caz vəetnik musiqi ilə xüsusi improvizasiyada təqdim edən Xan BəyliAmerikanın müxtəlif ştatlarından tədbirdə iştirak etmək üçün biraraya toplanan dinləyicilərinə öz musiqisi ilə Novruz öncəsi  xoşovqat bəxş edib.

 

Qeyd edək ki, Bostondakı Berkli Musiqi Kollecinin məzunu olanXan Bəyli Azərbaycan musiqisinin xaricdə tanıdılması  üçün fərqlivə maraqlı layihələr icra edib, Jack De Johnette, John Medeski, David Fiuczynski və Screaming Headless Torsos, Ənvərİsmayılov, Erkan Ogur və digər tanınmış sənətçilərlə səhnənibölüşüb. 

 

Amerika icması tərəfindən tədbir böyük rəğbətlə qarşılanıb. Qonaqlar və icma nümayəndələri xoş təəssüratlarını aktiv şəkildəsosial media hesablarında paylaşıblar. Konsertdən görüntülər tezbir zamanda Azercell-in rəsmi YouTube kanalında paylaşılacaq. 

 

“Azercell Telekom” MMC Azərbaycan musiqisini beynəlxalqmüstəvidə təbliğ edən həmyerlimiz Xan Bəyliyə gələcəkfəaliyyətində uğurlar arzu edir!

 

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

 

Azərbaycanın mobil rabitə sənayesinin lideri “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyondan çox abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” və “İlin ən innovativ şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Azercell-in məqsədi : “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!”