Ana dilim, şirin dilim

23 Aprel 2022 12:55 (UTC+04:00)


Belə bir deyim var ki, bir xalqın keçmişini unutdurmaq istəyirsənsə,onun dilini əlindən almaq
kifayətdir. Xalqın dili onun mənəviyyatının,ədəbiyyatının,tarixinin daşıyıcısıdır.Dünyda çox dil var
və onların hər biri özünəməxsus şəkildə gözəldir. Bizim ana dilimiz olan Azərbaycan dili digər dillər
içərisində zənginliyi ilə xüsusi yer tutur.Bilirik ki,tarix boyu bəzi xalqlar başqa xaqların dilinin
təsirinə məruz qalmışdır.O xalq qüdrətli xalqdır ki,bütün təziqlərə baxmayraq,milli-mənəvi
keyfiyyətlərini qoruyub saxlaya bilmişdir.Azərbaycan xaiqı tarixin müxtəlif dolanbac yollarından
keçməli olmuşdur. Dilimiz gah fars,,gah ərəb,gah da rus dilinin təsirinə məruz qalmışdır. Ancaq
qqrurverici haldır ki,nə qədər müdaxilə olunsada,xalq dilinin öz kökünə bağlılığını qoruyub saxlaya
bilmişdir. Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət
göstərsə də, dövlət dili statusu uzun müddət sürə bilməmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra
Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. 70-ci illərin ortalarından
başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən
gündəmə gətirildi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan
SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII
sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı
redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili
Azərbaycan dilidir". Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş
Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır. Bununla da Azərbaycan dili dövlət dili
statusunu aldı.
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında
ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər Heydər Əliyev ana dilimiz haqqında demişdir:
“Azərbaycan xalqının dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir”. “Dilimiz çox
zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevirəm və
bu dildə danışmağımla fəxr edirəm”
1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə
adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Ulu öndər Heydər Əliyev müstəqil
Azərbaycan Respublikasında hakimiyyətə gəldikdən sonra 1995-ci ildə referendumla qəbul
olunmuş Konstitusiyanın 21-ci maddəsində dövlət dilimizin Azərbaycan dili olması öz əksini tapdı.
2001-ci ildə Ulu Öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”
Fərman imzaladı. Bu Fərman dilimizin inkişafı və tətbiqində yaranan problemlərin aradan
qaldırılmasında xüsusi rol oynadı. Ümumilli lider Heydər Əliyevin 2001-ci ildə “Azərbaycan əlifbası
və Azərbaycan dili gününün təsis edilməsi haqqında”  imzaladağı digər Fərmana əsasən
ölkəmizdə hər il 1 avqust tarixində Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd
edilməyə başlandı. Daha sonra, 2002-ci ildə Azərbaycan dilinin tətbiqi, qorunması, inkişafı və ana
dilinin dövlət dili kimi hüquqi statusunun təsbit olunması məqsədilə “Azərbaycan Respublikasında
dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi.
Ümummilli Lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulmuş siyasət Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident
dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Ulu Öndər Heydər Əliyevin dil
siyasəti, onun dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin
təcrübəsindən daima istifadə olunacaqdır.Ana dilimiz müstəqil respublikamızın dövlət dilidir.
Gündən –günə qlobalaşan dünyada başqa dilləri bilmək insan üçün əhəmiyyətli olan
məsələlərdən biridir.lakin insanın neçə dildə danışa bilməsindən aslı olmayaraq,ana dili həmişə öz
əhəmiyyətini qorumalıdır.Heç bir özgə dil ana dilinin yerini tuta bilməz.Ana dilimiz bizim milli
sərvətimizdir,əcdadlarımızdan bizə qalan qiymətli mirasdır.Bu sərvəti göz bəbəyimiz kimi
qorumalıyıq.
Əntiqə Tağıyeva 

Masallı Tarix- Diyarşünaslıq Muzeyinin direktoru