“Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir”

26 Aprel 2022 09:18 (UTC+04:00)

 

 

 Aprelin 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və  Qırğız Respublikasının Prezidenti Sadır Japarovla mətbuata bəyanatla çıxış ediblər. Çıxışı zamanı Prezident İlham Əliyev Qırğızıstan və Azərbaycan xalqlarının qardaş olduğunu deyərək  iqtisadi əməkdaşlıq, nəqliyyat, ticarət həcminin artırılması, regional təhlükəsizlik kimi məsələlərin iki ölkənin gündəmində olduğunu qeyd edib. Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək və geniş tərkibdə görüşdən sonra mətbuata bəyanatında bildirmişdir ki,bu  gün Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində biz ikitərəfli qarşılıqlı fəaliyyətin geniş spektrini gözdən keçirdik, əməkdaşlığımızın gündəliyindəki məsələlərə ətraflı nəzər saldıq. Həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə münasibətlərimizi intensivləşdirmək əzmində olduğumuzu bildirdik. “ liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır", - Prezident vurğulamışdır ki, "Bu gün nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olundu. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb

           .Azərbaycan və Qırğızıstanın dost, qardaş dövlətlər olduğunu qeyd edən Prezident İlham Əliyev deyib: “Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yeni səviyyəyə çatıb. On sənəd imzalanıb, mən onların arasında ikisini - Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumu xüsusi vurğulamaq istərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və bizi məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektli və fəal surətdə müntəzəm müzakirə edəcəyik”. Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində ənənəvi olaraq həmişə bir-birini dəstəklədiyini vurğulayan dövlətimizin başçısı Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarığını ifadə edib. Qırğızıstan Prezidenti Japarov Azərbaycanlı qardaşlarla əməkdaşlığa hər zaman hazır olduqlarını vurğulayıb.Ticari-iqtisadi sahəyə xüsusi diqqət yetirən ölkə başçımız demişdir:  ”Əlbəttə, Prezidentlə fikir mübadiləsi apardıq ki, əmtəə dövriyyəsinin mövcud səviyyəsi bizi qane edə bilməz. Fikrimcə, nümayəndə heyətlərinin üzvlərinə verilən tapşırıqlar qarşılıqlı ticarətin həcmini qısa müddət ərzində artırmağa imkan verəcək"."Bu gün nəqliyyat infrastrukturu ilə və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylərimizi necə birləşdirməklə bağlı məsələlər ətraflı müzakirə olundu. Azərbaycanda yüklərin bütün istiqamətlərə - həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Əlbəttə, bu imkanlar, bizim liman infrastrukturunun imkanları qırğız qardaşlarımızın sərəncamındadır", - Prezident vurğulayıb. Danışıqlardan sonra Əliyev və Japarov “Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni və iki ölkə arasında dövlətlərarası şuranın yaradılması haqqında memorandumu imzalayıblar. Azərbaycan və Qırğızıstan arasında təhsil, media, kənd təsərrüfatı, rabitə, hava əlaqəsi, müəlliflik hüququ və maliyyə sahəsində sazişlər müvafiq nazirliklər və səlahiyyətli orqanlar tərəfindən imzalanıb.     

 

Məhbubə Şahbazova

Masallı rayon Bədəlan kənd tam orta məktəbinin müəllimi