Prezident İlham Əliyevin Azərbaycan -Litva biznes forumunda çıxışı

20 May 2022 22:12 (UTC+04:00)


18 may 2022-ci il tarixində Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva
biznes forumu keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva
Respublikasının Prezidenti Gitanas Nauseda biznes forumda iştirak ediblər.
Dövlət başçıları biznes forumda çıxış ediblər.
Prezident İlham Əliyev: “Bu gün Litva Prezidentinin rəsmi səfəri zamanı biz
biznes forumda iştirak etməyə və işgüzar dairələrimizə öz məsləhətlərimizi verməyə, bu
fürsətdən istifadə edərək, çox fəal dialoqa qatılmaq və yaxşı nəticələr əldə etməyə
gəldik. Mən bilirəm ki, bu gün bir sıra sənədlər imzalanacaqdır. Mən ümid edirəm ki, bu
sənədlər iş qurmaq üçün yeni imkanlar yaradacaqdır.
Ölkələrimiz arasındakı güclü siyasi münasibətləri nəzərə alaraq, uzun illərdir ki,
biz artıq strateji tərəfdaşlarıq və Prezidentin hazırkı səfəri fəal siyasi dialoqun olduğunu
bir daha nümayiş etdirir. Düşünürəm ki, iqtisadiyyat, ticarət, investisiya və digər
sahələrdə fəal qarşılıqlı əlaqədə olmaq üçün əsl vaxtdır”.
Prezident qeyd etmişdir ki, Azərbaycanda biznes mühiti investorlar üçün çox
əlverişlidir. Xarici şirkətlərin sərmayə portfelinin şaxələndirilməsi də çox vacibdir.
İnvestisiya proqramlarımızın ilkin vaxtlarında əsasən neft-qaz sektoruna investisiya
qoyulurdusa, indi bərpaolunan enerji sahəsində birbaşa xarici investisiyaları görürük.
Biznes forum işini müzakirələrlə davam etdirib. Daha sonraAzərbaycan-Litva
sənədlərinin imzalanması mərasimi olub.
Dövlət başçıları həmçinin Heydər Əliyev Mərkəzində klassik avtomobillərin
sərgisi ilə də tanış olublar.
Nuranə MUXTAROVA

Masallı Gənclər Evinin metodisti