Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü

22 May 2022 22:19 (UTC+04:00)


Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı
Forumunun keçirilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı
arasında əlaqələr uğurla inkişaf edir. Tarixi əhəmiyyət daşıyan forumda “Beynəlxalq
münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış
mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
Həmçinin, Beşinci Qlobal Bakı Forumunda 56 ölkədən 300 nəfərədək nümayəndə, nüfuzlu
dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.
Litva Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ilin
dekabr ayında qurulmuş və 2007-ci ilin aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-
da isə Azərbaycanın Litvada səfirliyi açılmışdır.
Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu
nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da
bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər. İki ölkə
arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya
texnologiyaları, gömrük sahələrində əməkdaşlıq mövcuddur.
Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa
Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli
qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının “Şərq
Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə
başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda çıxışı zamanı uzun
illər Litva ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib:
«Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji
Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün
cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir».
Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin
başçısı deyib: “Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri,
ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq.
İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox
konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair
çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu”.
Beləliklə, mayın 18-də tarixi əhəmiyyət daşıyan «Beynəlxalq münasibətlərin
gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forumda vahid mövqedən çıxış edən
hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə
alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu
əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər. Ən əsası isə,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının yenə də həmişə olduğu
kimi, bu beynəlxalq konfransdakı çıxışı və konfrans iştirakçılarının suallarına cavablaları
təkcə regionda deyil, həm də dünyada baş verən hadisələrə münasibəti, bu hadisələrə
verdiyi qiymət bir daha göstərdi ki, Azərbaycan Prezidenti müdrik dövlət başçısı, dünya
səviyyəli siyasətçi kimi dünya liderlərindən biri olmaqla, Azərbaycanın bugünkü reallıqları
da təsdiqləyir ki, ölkəmiz, sözün əsl mənasında, müstəqil dövlət kimi dünya xəritəsində öz
yerini tuta bilib.

Xanım Əliyeva

Masallı rayon Mahmudavar kənd orta məktəbin müəllini