Prezident Ilham Əliyevin "Ağıllı kənd" layihəsinin açlışında çıxışı

28 May 2022 22:02 (UTC+04:00)

 

Mayın 27- də Zəngilan rayonun Ağalı kəndində "Ağıllı kənd"layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Mərasimdə iştirak edən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kənd sakinləri ilə görüşüblər. Sakinlər qarşısinda çıxış edən dövlətimizin başçısı Müstəqillik Günü ərəfəsində belə bir görüşün böyük rəmzi mənası olduğunu qeyd edərək, Ağalı kəndinin yenidən qurulması və belə müasir vəziyyətə gətirilməsinin məhz müstəqilliyimizin möhkəmlənməsinin bariz nümunəsi olduğunu diqqətə çatdırıb; "Bu gün hər bir Azərbaycan vətəndaşı və əminəm, hər bir insan görür ki, Azərbaycanın dövlət müstəqilliyi möhkəmdir, əsaslıdır və xalqimızın xoşbəxtliyi üçün əsas amildir.

Dövlət başçısı dünən Zəngilan şəhərinin Baş planı ilə tanış olduğunu deyib;"Hesab edirəm ki, ən gözəl variantı seçdik. Bu sahədə təcrübəsi olan beynəlxalq şirkət Baş planı təqdim etdi və mən dedim ki, Zəngilan şəhəri park şəhərinə çevrilməlidir. Yəni, Zəngilanın təbiəti o qədər gözəldir ki, biz təbiətə bir zərrə ziyan vurmalıyıq, əksinə , təbiəti daha da zəngliləşdirməliyik xüsusilə nəzərə alsaq ki, ermənlər Bəsitçay təbii qoruğunu məhv etmişlər. O məşhur palıd ağaclarının da kəsmışlər, Oxçuçayı da zəhərləmişlər. Vejnəlidə də bizim qızıl yataqlarımızı istismar edərək heç bir ekoloji normaya riayət etməmişlər. Biz təbiəti qorumalıyıq və Zəngilan şəhərinin artıq dünən Baş planı təsdiq olunandan sonra inşaat işləri başlanacaq. Əlbəttə ki, bunu artıq bilməyən yoxdur, birinci pilot layihə məhz Zəngilanda icra edildi, Ağalı kəndində. Bir il bundan əvvəl inşaat işləri başlamışdir. İndi 200 evdən ibarət gözəl kənd salınıb - "Ağıllı kənd". Bu gün bu kəndlə tanış olarkən, - bilirsiniz, mən dəfələrlə burada olmuşam, - görürəm ki, doğrudan da böyük, necə dəyərlər, mütərəqqi bir addım atmışıq". Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad olunmuş torpaqlara insanların qaydısı üçün müvafiq şərait olmalıdır."Bax , biz birinci layihəni icra etdik, bunu təqdim etdik, həm Ağalı kəndinin sakinlərinə, həm də bütün Azərbaycana. Bizim gələcək planlarımız da belədir. İndi birinci mərhələdə hər rayonda bir çox kəndlər seçilib ki, ilk növbədə orada işlər aparılacaq. Ondan sonra insanlar qayıtdıqca, əlbəttə ki, bütün qalan yerləri də bərpa edəcəyik".

 

Űlviyyə Məmmədova

Masallı rayon Böyük Xocavar kəndi