“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri arasında Şuşa Bəyannaməsi”

15 İyun 2022 19:09 (UTC+04:00)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın arasında Türk dünyasının qədim mədəniyyət beşiyi
olan Şuşa şəhərində Bəyannamə imzalanmışdır.
Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannamənin
imzalanması bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisədir.Tarixi qələbə ilə
başa çatmış 44 günlük Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni
reallıqlar fonunda imzalanmış bu sənəd Türkiyə- Azərbaycan dostluğunun və
qardaşlığının sarsılmaz olduğunu bir daha dünyaya bəyan etdi.
Bu sənədin məhz Şuşa şəhərində imzalanması bir daha sübut etdi ki,işğaldan
azad edilmiş ərazilər Azərbaycanın əzəli, tarixi ərazisidir.
Şuşa Bəyannaməsi iki ölkə arasında qardaşlığın yeni tarixi mərhələsidir.Şuşa
Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır.Bu sənəd həm də
çoxşaxəli müttəfiqliyin rəmzidir.Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət
,iqtisadiyyat,enerji təhlükəsizliyi ,nəqliyyat,mədəniyyət,təhsil,ordu quruculuğu və digər
strareji sahələri əhatə edir.
Bu müqavilə tarixi münasibətlərə əsaslanıb.Bəyannamədə hər iki dövlətin böyük
liderlərinin kəlamları öz əksini tapıb.
Bu Bəyannamə Azərbaycan xalqı üçün əlamətdar bir gündə-Milli Qurtuluş
Günündə imzalanmışdır.Bu gün Şuşa Bəyannaməsinin imzalanmasında bir il otür.Bu
Bəyannamə bizim üçün mühüm sənəddir.Bu sənədin əsasında qurulan
əməkdaşlıq,müttəfiqlik getdikcə daha da inkişaf edəcək.
Sevindirici haldır ki,Azərbaycan və Türkiyə dünya miqyasında hərtərəfli bir-birinə
yaxın olan ölkədir və bu ölkələr arasında müttəfiqlik daha da güclənəcək.
Ş.Xəlilova
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi