26 Iyun - Azərbaycan Respublikası Silahlı Qüvvələr günüdür

23 İyun 2022 11:54 (UTC+04:00)


İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-cil ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azırbaycan ordusunun yaranması barədə
Azərbaycan Ali Sovetinin qərarını qəbul etdiyi tarix -9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli fərmanına əsasən, həmin fərman
qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Resublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
1918-ci il 26 iyun tarixli Fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanıldı.Qısa müddətdə Milli Ordu Osmanlı düvlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi.AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının Azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi.Sovet dövründə çar dövründən fərqli olaraq Azərbaycanlı gənclər hərbi xidmətə çağrılırdılar.Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi- azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbiçilərin yetişdirilməsinə imkan verməmək.

Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Bu məktəblərdə yetişən
Azərbaycan hərbiçiləri birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi.Ordu
quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu.Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və hazırda dünyada hərb sahəsində liderlik edən ölkələrin ordusu ilə müqayisə edilə biləcək ordumuz var. Bizim ordu öz gücünü 44 gün ərzində işğalda olan torpaqlarımızı tarixdə görülməmiş ən qısa müddətdə düşməndən azad edərək, dünyanın ən güclü ordusundan biri olduğunu sübut etdi.Biz bu gün azad, müstəqil və başımız dik formada gəziriksə bunların hamısı bizim ordumuza olan güvənimizdəndir. Yaşasın Azərbaycan Ordusu!

Cəmaləddin Cabbarov
Masallı rayon Mahmudavar kənd tam orta məktəbinin coğrafiya
müəllimi