Müzəffər Ordu

24 İyun 2022 11:59 (UTC+04:00)


Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, işğal faktına son
qoyaraq tarixi zəfərə imza atdı. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan
davamlı hərbi qələbələri cəmi 44 gündənsonra təcazvüzkarı hərbi-siyasi məğlubiyyəti
rəsmiləşdirən 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza
atmaq məcburiyyətində qoydu.
Noyabrın 10-da Rusiya prezidentinin də iştirakı ilə imzalanmış bəyanat
Ermənistanın hərbi-siyasi məğlubiyyətini etiraf etməsi, Azərbaycanın bu ölkənin
kapitulyasiyası üçün irəli sürdüyü şərtlərin rəsmiləşdirilməsidir. Ermənistanın təslim
olmasının əsas səbəblərindən biri də Azərbaycan Ordusunun böyük rəşadət
hesabına Şuşanı işğaldan azad etməsi idi. Bu tarixi uğurla Ermənistan Ordusuna
sarsıdıcı zərbəvuruldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev
Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və
iradəsinə, birliyinə söykənərək dəf etdi, həlledici qələbənin əldə olunmasına qədər
dayanmaq əmri vermədi.
Ermənistan Ordusunun 30 il müddətində formalaşdırdığı “yenilməz ordu” mifi
darmadağın edildi, erməni cəmiyyəti ilk günlərdən ruh düşkünlüyünə uğradı, daxili
vəziyyət getdikcə gərginləşdi. Qısa dövrdə Ordumuzun endirdiyi sərrast zərbələr
nəticəsində Ermənistanın 3 milyard ABŞ dolları məbləğindəki hərbi texnika və silah-
sursatı sıradan çıxarıldı. Ciddi məğlubiyyət fonunda təcavüzkar ölkədə hərbi
xidmətdən boyunqaçırma və fərarilik halları geniş vüsət aldı.
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla Ermənistanın işğalçı
qoşunlarını işğal edilmiş ərazilərdən, o cümlədən Ağdam, Laçın və Kəlbəcər
rayonlarından çıxarmağa məcbur olması birmənalı olaraq AzərbaycanOrdusunun
tarixi qələbəsidir. Bu, həm də 30 ildən çox müddətdə Vətən həsrəti ilə yaşayan
insanların nisgilinə, habelə onların ümidsizliyinə son qoyulmasıdır. Əlbəttə,
Azərbaycan dövləti hər zaman qaçqın və məcburi köçkünlərin mənzil-məişət
problemlərinin həlli, sosial təminatının yaxşılaşdırılması istiqamətində mühüm
addımlar atıb. Bununla belə, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev
onların ən böyük arzusunu, doğma yurdlarına qayıtmaq amalını gerçəkləşdirdi.
44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq
olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Bu günlərdə bir
daha məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızı sındırmayıb, onun
iradəsinə mənfi təsir göstərməyib. Ermənilərin təxribatlarına, vandalizminə
baxmayaraq, Azərbaycanın Tərtər, Bərdə, Goranboy, Ağdam və s. digər
rayonlarının, habelə Gəncə şəhərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə,
əzm nümayiş etdirdilər. 44 günlük müharibə zamanı Azərbaycanda bir nəfər də
olsun, fərarilik faktı qeydə alınmadı.
Prezident İlham Əliyev Vətən müharibəsi dövründə xarici KİV-lərə verdiyi 30-
dan çox müsahibədə Azərbaycanın diplomatik və təbliğati üstünlüyünü təmin etdi,
düşmənə informasiya sferasında ciddi zərbələr vuruldu. Azərbaycan cəmi 44 gün
ərzində BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan
qətnamələrinin icrasına nail oldu.
Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, müharibə
Azərbaycan üçün heç də son məqsəd deyildi. Azərbaycan, sadəcə, güc tətbiq
edərək, Ermənistana öz şərtlərini diktə etmək istəyirdi və buna tam nail oldu. Biz bu
qələbəni döyüş meydanında qazandıq! 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən
Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud
qəsəbəsi, Suqovuşan qəsəbəsi və digər qəsəbələr döyüş meydanında azad
edildi.İmzalanmış bəyanatda Dağlıq Qarabağa hansısa hüquqi statusun verilməsi ilə
bağlı müddəa yoxdur. Bu, Ermənistanın Qarabağın “müstəqilliyi” və ya onlara
hansısa statusun verilməsi ilə bağlı əsassız iddialarının puç olması deməkdir.
Bununla belə, Azərbaycan sivil, çoxetnoslu, multikultural ölkə kimi Dağlıq Qarabağ
ermənilərinin bir neçə rayonda təhlükəsiz şəraitdə yaşamalarına zəmanət verir.

Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin
artırılması məqsədilə yaradılacaq atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə
Rusiya və Türkiyə hərbçilərinin birgə fəaliyyət göstərməsi də xalqımızın maraqlarına
uyğundur. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas
hissəsi ilə əlaqəsi sənəddə təsbit edilib. Bununla faktiki olaraq həm də türk dünyası
arasında nəqliyyat-kommunikasiya həlqəsi bərpa olunacaq.
Bu gün “Qarabağ Azərbaycandır və nida” şüarı Azərbaycanın qələbəsinin
rəmzinə çevrilib. İnanırıq ki, bu parlaq Qələbə müstəqil Azərbaycanımızın bütün
sahələrdədinamik inkişafına, o cümlədən də ədliyyə sisteminin daha da
müasirləşməsinə və inkişafına yeni təkan verəcək.

Qədir Mirağa oğlu Muxtarov
Güllütəpə kənd tam orta məktəbinin direktoru