“Shokki Mokki” markası “Məktəbim” layihəsinə dəstək verdi

8 İyul 2022 15:47 (UTC+04:00)

Azərbaycanın qida sektorunda ilk uşaq markası olan “Shokki Mokki” özünün “Xoşbəxt böyüyən sabahlar” şüarına sadiq qalaraq paytaxt və bölgələrdə yaşayan uşaqların uğurlu gələcəyi üçün dəstəyini davam etdirməkdədir. Markanın bu istiqamətdə növbəti addımı UAFA təşkilatı ilə birgə “Məktəbim” layihəsinə qoşulmaq olub. Belə ki, “Əl-ələ təhsilin işıqlandırdığı xoşbəxt gələcəyə” şüarı ilə keçirilən kampaniyamüddətində istehlakçılar tərəfindən mağazalardan alınan  “Shokki Mokki” məhsullarının hər biri layihənin fonduna dəstək olmuş olacaq. Layihənin  missiyası aztəminatlı, ucqar ərazidə yaşama və əlillik səbəbindən məktəbəqədər təhsilə çıxışı olmayan uşaqları da daxil etməklə alternativ və dayanıqlı təhsil imkanları yaratmaqdır. Bu sosial kampaniyaçərçivəsində 2023-cü ilin sonuna qədər hər birində 20 uşağın təhsil alacağı 300 məktəbəqədər tədris müəssisəsi açılması nəzərdə tutulur, hazırda bu say 50-dir.

“Məktəbim”in məqsədi və təsir dairəsi ilə bağlı ictimaiyyətə ətraflı məlumat vermək üçün media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Çıxış edən təşkilatçılar tərəfindən bildirilib ki,  “MƏKTƏBİM” layihəsinin icra edilməsində bölgələrdən qadınlar da iştirak edəcək ki, bu da onların məşğulluğunun təmin olunmasına dəstək olacaq. Eyni zamanda layihə Dayanıqlı İnkişaf Məqsədləri və “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyası kimi bir sıra dövlət əhəmiyyətli proqramların yerinə yetirilməsinə də öz töhfəsini vermiş olacaq. Tədbirin təqdimat hissəsinin ardındantəşkilatçılar tərəfindən media nümayəndələrinin sualları cavablandırılıb.