Ulu Öndər Heydər Əliyevin milli maraqları və xalqın iradəsini əks etdirən siyasi kursu

4 Oktyabr 2022 16:09 (UTC+04:00)

 

Uzun illərin təcrübəsi onu göstərir ki, xalq öz müstəqilliyi, azadlığı üçün ayağa
qalxarsa, qətiyyət nümayiş etdirərsə onun qarşısını heç bir ordu, heç bir qüvvə ala
bilməz. Azərbaycan xalqının keçdiyi ağır həyat yolundan biri də qurtuluş gününə
qədər olan dövrüdür.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk
illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi
orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi.
Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da
gərginləşdirirdi.
1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol
verdikləri özbaşınalıqlar, qeyri qanuni hərəkətlər, Azərbaycanın daxilində qardaş
qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə
separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi
varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik
tarixinə baxmayaraq, ölkə təbəddülatlar dalğasından hələ də xilas ola bilməmişdi.
1993-cü il iyunun 4-də Gəncədə Surət Hüseynovun nəzarəti altında olan hərbi
hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı
nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi.
Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi
hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin
istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla
dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq,
üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda
dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri
Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi.
Bakıya qayıdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədilə
Gəncəyə yola düşən Ulu Öndər Heydər Əliyev Milli Məclisin iclasında Gəncə
hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev
istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi.
Əgər həmin zamanlarda Heydər Əliyevin zərgər dəqiqliyi ilə seçilmiş siyasi
addımları olmasaydı, ölkənin, xalqın düşəcəyi durumları təsəffür belə etmək olmazdı.
Heç şübhəsiz ki, müstəqillikdən kənar əsarət altında bir aqibətin şahidi olacaqdıq.
Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi
salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər
Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir
neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.
Ceyhun Hüseynov 

Masallı MRX İƏ söbəsinin mütəxəssisi
Masallı şəhəri N.Nərimanov küçəsi ev 5